Ölkə futbolu
“Araz-Naxçıvan”ın problemi məşqçi deyil - QEYD
Azərbaycan Premyer Liqasında son turlar qeyri-stabil çıxışla yadda qalan klublardan biri də “Araz-Naxçıvan”dır. Ötən mövsümün bürünc mükafatçısı son 6 turda cəmi bir qələbə qazanıb. Onda da Elmar Baxşıyevin komandası “Karvan-Yevlax”a çətinliklə qalib gəlib. Naxçıvan təmsilçisinin “Sabah”, “Neftçi” və “Turan Tovuz” kimi iddialılarla heç-heçə etməsini hardasa başa düşmək olar. Lakin 4 turda iki məğlubiyyət kollektivin iddiasına uyğun gəlmir. Bəs bu uğursuzluğun səbəbi nədədir? Nə üçün ötən mövsümün bürünc müfakatçısı yayda heyətini gücləndirməsinə baxmayaraq, cari çempionatda 1 il əvvəllə müqayisədə zəif təsir bağışlayır?
Adətən bu cür hallarda ağıla gələn ilk variant baş məşqçi olur. Lakin eyni sözləri “Araz-Naxçıvan” barədə demək, uğursuz çıxışı Elmar Baxşıyevin üzərinə yıxmaq olmaz. Ən azından yaxın keçmişi yada salaq. Ötən mövsüm “Araz-Naxçıvan”ın bürünc medal qazanmasında Elmar Baxşıyevin böyük rolu olmuşdu. Məhdud büdcə ilə yaxşı kollektiv formalaşdıran Baxşıyevin komandası maddi baxımdan, heyətinə və şəraitinə görə geri qaldığı “Turan Tovuz”, “Sabah” və “Neftçi” kimi iddialıları qabaqlamağı bacardı. Bununla kifayətlənməyən Naxçıvan klubu avrokuboklarda da adından söz etdirdi. Düzdür, indiki dövrdə qitə kuboklarında bir mərhələ adlamaq ciddi uğur kimi qəbul olunmur. Sadəcə məsələ ondadır ki, Elmar Baxşıyevin komandası ölkə daxilində olduğu kimi, xaricdə də özündən qat-qat güclü kollektivi geridə qoya bildi. Halbuki püşkatmadan sonra demək olar ki, heç kim “Araz-Naxçıvan”ın “Aris”i üstələyəcəyinə inanmırdı. Yunanıstan klubu istər təcrübəsinə, istər heyətinə, istər şəraitinə görə təmsilçimizi qabaqlayırdı. Buna baxmayaraq, Naxçıvan klubu boyundan yuxarı tullanaraq “Aris”i mübarizədən kənarlaşdırdı. Uzun sözün qısası, bütün bunları görməzlikdən gəlmək olmaz.
Bu gün Naxçıvan klubunun əsas problemi bəzi futbolçuların imkanlarından aşağı səviyyədə çıxış etməsidir. Xüsusən də yayda komandaya böyük ümidlərlə cəlb olunan legionerləri qeyd etmək olar. Bruno Franko, Hamidu Keyta, Bar Kohen kimi əcnəbilər geridə qalan müddətdə ümidləri doğrultmurlar. Yay transferlərindən yalnız Şarl Boli və Ba-Muaka Simakalanın çıxışını uğurlu hesab etmək mümkündür.
Ötən mövsüm hücum xəttinin lideri olan Ramon Maçadonun uzun müddət zədədən əziyyət çəkməsi də “Araz-Naxçıvan”ın çıxışına təsirsiz ötüşməyib.
Komandanın uğursuzluğunun bir başqa səbəbi isə İqor Ribeyronun gedişindən sonra müdafiə xəttinin ötənilki kimi etibarlı olmamasıdır. İssuf Paro braziliyalını layiqincə əvəzləyə bilmir. Bəxtiyar Həsənalızadə və Rahil Məmmədovun isə aldıqları zədələr stabil çıxışlarına mane olur.
Sadaladığımız bütün bu səbəblər yekunda “Araz-Naxçıvan”ın cari mövsüm əvvəlki kimi parlaq çıxış etməsinə mane olur. Lakin vəziyyət heç də faciəvi deyil. 13 oyundan 20 xal toplayan “Araz-Naxçıvan” hazırda 6-cı pillədə qərarlaşıb. Komanda ikinci pillədən cəmi 6 xal geri qalır. Qarşıda isə hələ 20 tur var. Odur ki, “Araz-Naxçıvan” tezliklə vəziyyəti yaxşıya doğru dəyişə bilər. Təbii ki, bunun üçün ilk növbədə bəzi futbolçuların toparlanması, onlara bəslənən ümidləri doğrultması mütləqdir. Futbolçu(lar) potensialından aşağı çıxış edirsə, özünə bənzəmirsə, buna Elmar Baxşıyev neyləsin?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























