26 Aprel 2026, Bazar günü
Saşa İliç qələbəni şərh etdi
XXXI turun oyun cədvəli açıqlandı
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi

Xarici futbol

Alleqri: “Milan” üzərindəki qələbə qisas deyil”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Milan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. Futbolxeber.az-ın məlumatına görə, Alleqri bu qələbə sayəsində sabiq klubundan qisas alması haqda fikirləri qəbul etməyib: “Maraqlı oyun alındı. Rəqib yaxşə müdafiə olunurdu. Bəzi hallarda biz risqə gedərək, rəqibin əks-hücumlar qurmasına şərait yaradırdıq. Amma ümumi götürdükdə, oyuna nəzarət edən tərəf biz idik. Zaman keçdikcə komandam daha yaxşı oynayacaq. Futbolçularımın oyununda razı qaldım. “Milan”da 3 il yarım işləməyimə baxmayaraq, bu, mənim üçün adi oyun idi. Odur ki, hər hansı qisasdan söhbət gedə bilməz. İndi “Yuventus”u çalışdırıram. “Milan”da olarkən Skudetto uğrunda mübarizədə “Yuventus”a uduzmuşduq. Amma Tiaqo Silva və İbrahimoviçin satışından sonra yaxşı çıxış etdiyimizi düşünürəm. Karyeram baxımından “Milan”ı çalışdırmaq böyük addım idi. İndiyə kimi də bu klubla fəxr edirəm. Özümü bəxtəvər insan hesab edirəm. Çünki “Milan” və “Yuventus”u çalışdırmaq hər məşqçiyə nəsib olmur”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30