8 Mart 2026, Bazar günü
Millimiz Macarıstana məğlub oldu
"Sumqayıt" qələbəni əldən verdi
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Xarici futbol

“Yuventus” 10 il əvvəlki rekordunu təkrarladı

“A” seriyasının üçüncü turunda “Yuventus” səfərdə “Milan”ı 1:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, bununla da Turin klubu mövsümə ardıcıl üç quruhesablı qələbə ilə başlayıb. “Milan”a kimi “Qoca Sinyora” “Kyevo”nu 1, “Udineze”ni isə 2 cavabsız qolla üstələmişdi.  

Qeyd edək ki, ardıcıl üç quruhesablı qələbə ilə “Yuventus”, 10 il əvvəlki rekordunu yeniləyib. Turin klubu 2004/05 mövsümünə də belə start vermişdi. Həmin vaxt komanda ilk 3 turda “Breşiya” (3:0), “Atalanta” (2:0) və “Sampdoriya”nı (3:0) üstələmişdi. Həmin mövsümün sonunda “Yuventus”un birinci, “Milan”ın isə ikinci yeri tutduğunu da əlavə edək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31