Xarici futbol
XX mundialın iştirakçıları: İSVEÇRƏ
21 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə İsveçrə millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
İsveçrə, Avropada Böyük Britaniyadan sonra futbolun mövcud olduğu ilk ölkələrdən biridir. Hələ 1860-cı ildə İsveçrədə “Lozanna futbol və kriket klubu” yaradılıb. Bu, qitədəki ilk futbol klublarından biridir. 1879-cu ildə isə hazırda İsveçrənin ən yaşlı klubu olan “Sankt-Qallen”in əsası qoyulub. 1895-ci ildə “Olten” restoranında 12 klubun görüşü baş tutub və toplantıda İsveçrə Futbol Assosiasiyasının yaradılması haqda qərar qəbul olunub. İsveçrə, Almaniya və Fransa ilə qonşu olmasına baxmayaraq, indi də bu ölkədə məhz ingilis dili futbol terminləri (penalti, qol, korner, forvard, kapitan) daha populyardır. Bəzi klublar isə ingilis adlarını (məsələn “Yanq Boyz”, “Qrasshoppers”) hələ qoruyub saxlayıblar.
İsveçrə milli komandası tarixi ərzindəki ilk oyununu 1905-ci ildə Fransaya qarşı keçirib. İsveçrəlilərin debütu uğursuz alınıb və komanda rəqibinə 0:1 hesabı ilə boyun əyib.
1930-1960-cı illərdə İsveçrə futbolu yeni mərhələyə qədəm qoyub. Həmin vaxt ölkə futbolunun inkişafında avstriyalı məşqçi Karl Rappan müstəsna rol oynayıb. O, dünya futbolunda “verrou” (“katenaçço”nun oxşarı-red.) taktiki sxeminin əsasını qoyan mütəxəssisdir. Məhz Rappanın rəhbərliyi altında komanda 3 dəfə (1934, 1938 və 1954) dünya çempionatının final mərhələsində çıxış etsə də, ciddi uğur qazana bilməyib.
1960-cı ildən isə İsveçrə futbolunda durğunluq dövrü start götürüb. Bu proses təxminən 30 il davam edib. Yalnız 1990-cı ildə ingiltərəli mütəxəssis Roy Hocson İsveçrə millisini dünya futbolunun elitasına qaytara bilib. Məhz Hocson isveçrəliləri 1994-cü ildə dünya, 2 il sonra isə Avropa çempionatına daşıyıb. Amma əvvəlki illərdə olduğu kimi böyük turnirlərdə İsveçrə yenə uğura həsrət qalıb.
Hocsondan sonra millinin baş məşqçi postu Yakob Kuna həvalə olub. Bu mütəxəssisin də dünya və Avropa çempionatında uğur qazanmaq istəyi puç olub.
Tarixi ərzində İsveçrə millisi ən böyükhesablı qələbəsini 1991-ci ildə qazanıb. İyunun 5-də San Marinonu qəbul edən isveçrəlilər rəqibini 7 cavabsız qolla üstələyib. Komandanın tarixindəki ən ağır yenilgi isə 0:9-dur. İsveçrə 2 dəfə - 1909-cu ilin 20 mayında Bazeldə İngiltərənin həvəskarla yığmasına, 2 il sonra 11 oktyabrda isə Budapeştdə Macarıstan yığmasına 9 cavabsız qolla boyun əyib.
UĞURLAR
Dünya və Avropa çempionatlarında ciddi uğur qazana bilməyən İsveçrə millisi ən böyük zəfərinə Olimpiya Oyunlarında imza atıb. Bu, 90 il əvvəl Parisdə baş verib. Belə ki, 1924-cü ildə baş tutan olimpiadada İsveçrə gümüş medallara sahib çıxıb.
Digər bir uğur kimi isə İsveçrənin 17 yaşadək futbolçulardan ibarət millisinin 2002-ci ildə dünya çempionatının qalib olmasını qeyd etmək olar.
REKORDÇULAR
İsveçrə millisinin tarixi ərzində ən çox oyun keçirən futbolçu Haynts Hermanndır. O, 1978-1991-ci illər aralığında 117 dəfə millinin formasını geyib. İkinci pillədə qərarlaşan Alen Qeygerin (1980-1996-cı illər) aktivində 112 oyun var. “İlk üçlüyü” isə 1989-2004-cü illər aralığında 103 matça çıxan Stefan Şapyuiza qapayır.
Millinin heyətində ən çox qol vuran futbolçu Aleksandr Fraydır. O, 2001- 2011-ci illər aralığında yığmada 42 qol vurub. 1988-2001-ci illərdə İsveçrə millinin şərəfini qoruyan Kubliay Türkyəlmaz və 1922-1937-ci illərdə yığmada çıxış edən Maks Abeqqlen hərəyə 34 qol vurublar.
MUNDİLLARDA
İsveçrə millisi bu günə kimi 9 dəfə dünya çempionatlarında çıxış edib. Komanda mundiallar ərzində ciddi uğura imza aya bilməyib. Ən yaxşı göstərici kimi 1/4 finalı göstərmək olar. İsveçrə çıxış etdiyi ilk 3 dünya çempionatında - 1930, 1934 və 1954-cü illərdə ən yaxşı 8 komanda sırasına yüksəlməyi bacarıb. Bu 3 yarış ərzində komanda 1930-cu ildə yarımfinala daha yaxın olub. Belə ki, 1/4 finalda vitse-dünya çempionu Çexoslovaki ilə qarşılaşıb. Gərgin keçən matçda İsveçrə rəqibinə 2:3 hesabı ilə boyun əyib.
Son 2 dünya çempionatına gəldikdə isə, 2006-cı ildə İsveçrə mundialdakı ilk matçında Fransa ilə qolsuz bərabərə qalıb. Daha sonra Cənubi Koreya və Toqonu eyni hesabla (2:0) üstələyən isveçrəlilər qrup birincisi kimi 1/8 finala adladılar. Burada İsveçrə Ukrayna millisi ilə qarşılaşdı. Əsas və əlavə vaxtında qol vurulmayan görüşdə qalibi penaltilər seriyası müəyyənləşdirdi. Bir penaltini belə, qola çevirə bilməyən İsveçrə millisi tarixində dördüncü dəfə 1/4 finala adlaya bilmədi. Maraqlı məqam isə o idi ki, İsveçrə DÇ-2006 ilə əsas vaxtda qapısında bir qol belə görmədən vidalaşdı.
Son mundialda gələcək dünya çempionu İspaniyanı 1:0 hesabı ilə üstələməsinə baxmayaraq, İsveçrə yığması H qrupunu yalnız üçüncü pillədə bitirdi.
PÜŞK VƏ TƏQVİM
Püşkatmadan öncə ilk səbətdə yer alan İsveçrə yığması E qrupunda yer alıb. Püşkün nəticəsini isveçrəlilər üçün normal saymaq olar. Belə ki, komanda 8 il əvvəl qolsuz bərabərə qaldığı Fransa, Ekvador və Honduras yığmaları ilə 1/8 finala adlamaq uğrunda mübarizə aparacaq.
İsveçrə millisi mundialda ilk matçını iyunun 15-də keçirəcək. “Estádio Nacional de Brasília”da baş tutacaq oyunda avropalıların rəqibi Ekvador yığması olacaq. Qrupun gələcək talyeti baxımından mühüm əhəmiyyət kəsb edəcək İsveçrə - Fransa görüşü ikinci turda, iyunun 20-də baş tutacaq. 2 Avropa təmsilçisinin qarşıdurması “Fonte-Nova”da reallaşacaq. Qrupdakı son oyununda isə İsveçrə Hondurası sınağa çəkəcək. Görüş iyunun 25-də baş tutacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
03.11.2026
02.11.2026
01.11.2026
























