Xarici futbol
XX mundialın iştirakçıları: PORTUQALİYA
26 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Portuqaliya millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
Portuqaliya millisi tarixi ərzindəki ilk oyununu 1921-ci ilin 18 dekabrında keçirib. Həmin gün səfərdə İspaniya ilə üz-üzə gələn portuqallar rəqibinə 1:3 hesabı ilə uduzub. Komandanın tarixindəki ən ağır yenilgi 1947-ci ilin 25 mayına təsadüf edir. Həmin gün İngiltərə ilə öz meydanında qarşılaşan Portuqaliya rəqibinə 0:10 hesabı ilə boyun əyib. Portuqaliya yığmasının tarixindəki ən böyükhesablı qələbə isə 8:0-dır. Komanda 2 dəfə Lixtenşteyni (1994-cü il, 18 noyabr və 1999-cu il, 9 iyun) və 1 dəfə də Küveyti (19 noyabr, 2003-cü il) 8 cavabsız qolla üstələyib.
Portuqaliya millisi beynəlxalq arenada ilk dəfə DÇ-1966-da adından söz etdirib. Mundialın debütantı Braziliya, Macarıstan və Bolqarıstanın yer aldığı qrupda birinci yeri tutaraq, sürpriz şəkildə yarımfinala kimi irəliləyib. Yekunda da komanda üçüncü yeri tutub. Amma həmin turnirdən sonra Portuqaliya futbolu yenidən kölgəyə çəkildi. Komanda bir də 18 ildən sonra böyük turnirlərin finalına vəsiqə qazanmağı bacardı. 1984-cü ildə tarixində ilk dəfə qatıldığı Avropa çempionatında pirineylilər özlərini yenə debütant kimi aparmayaraq, yarımfinala adladılar. Amma 1/2 finalda Mişel Platininin 119-cu dəqiqədə vurduğu qol Portuqaliyanın finala gedən yolunu bağladı.
1986-cı ildə yenidən mundiala qatılan Portuqaliya yığması bu dəfə mübarizəni vaxtından erkən bitirdi. Portuqalların uğursuz çıxışı 10 ilə yaxın çəkdi.
Ötən əsrin 90-cı illərində Portuqaliya futbolunun “qızıl nəsl”i yetişdi. Luiş Fiqu, Rui Koşta, Fernando Kouta, Vitor Baya və başqalarının sayəsində Portuqaliya yığması olduqca əzəmətli görünürdü. Amma adıçəkilən ulduzların inamlı çıxışı da Portuqaliya millisinin nəhəng turnirlərin qalibi olmasına imkan vermədi. Komanda yalnız 2004-cü ildə - öz meydanında keçirilən Avropa çempionatında finala kimi irəliləsə də, həlledici qarşılaşmada Yunanıstan millisinə uduzdu.
UĞURLAR
Portuqaliya millisinin tarixi ərzində dünya çempionatlarında qazandığı ən böyük uğur bürünc medaldır. 1966-cı ildə 3-yeri tutan portuqallar 40 il sonra Almaniyada keçirilən mundialda dördüncü yerlə kifayətləndilər.
3 dəfə (1984, 2000, 2012) Avropa çempionatının yarımfinalında uduzan Portuqaliya yığması 2004-cü ildə gümüş medala sahib çıxıb.
Olimpiya oyunlarında isə Portuqaliya millisinin 1 uğuru var. 8 il əvvəl Atlanta Olimpiadasında Portuqaliya yığması dördüncü yeri tutub.
REKORDÇULAR
Portuqaliya millisinin heyətində ən çox oyun keçirən futbolçu Luiş Fiqudur. O, 1991-2006-cı illər aralığında 127 oyunda millinin formasını geyib. İkinci pillədəki (1990-2004-cü illər) Fernando Koutunun aktivində 110 oyun var. 2003-cü ilin 20 avqustunda millidə debüt edən Kriştianu Ronaldo 109 dəfə yığmanın formasını geyib.
Millidə ən çox qol vuran futbolçuların siyahısına Pauleta başçılıq edir. 1997-2006-cı illər aralığında yığmanın formasını geyən təcrübəli forvard 88 oyunda 47 dəfə rəqib qapılarına yol tapıb. Hazırda Portuqaliya və dünya futbolunun liderlərindən hesab olunan Kriştianu Ronaldonun da aktivində 47 top var. Lakin Ronaldo bu nəticəyə 109 matçda imza atıb. Bu ilin əvvəlində dünyasını dəyişən mərhum Eysebionun aktivində 41 qol var.
MUNDİLLARDA
Braziliyadakı mundial Portuqaliya yığmasının tarixindəki altıncı dünya çempionatı olacaq. Komanda buna qədər 1966, 1986, 2002, 2006 və 2010-cu illərdə mübarizə aparıb. İlk mundialda bürünc medala sahib çıxan pirineylilər 20 il sonrakı turnirdə mübarizəni qrup mərhələsində dayandırıblar. 2002-ci ildə yenidən 1/8 finala həsrət qalan portuqallar, 4 il sonrakı dünya çempionatında 40 ildən sonra yenidən yarımfinala yüksəldilər. Finala gedən yolda Portuqaliyanın qarşısını Fransa kəsdi. Bürünc medallar uğrunda matçda isə komanda Almaniyaya boyun əydi - 1:3. 4 il əvvəl baş tutan dünya çempionatında Portuqaliya millisi 1/8 finalda gələcək dünya çempionları İspaniyaya uduzdu - 0:1.
PÜŞK VƏ TƏQVİM
Püşkatmadan öncə dördüncü səbətdə yer alan Portuqaliya yığması G qrupunda yer alıb. Komandanın rəqibləri elə də asan deyil. Belə ki, play-offa adlamaq üçün Paulu Bentunun komandası Almaniya, Qana və ABŞ-la üz-üzə gəlməlidir. Almaniya millisinin gücü hər kəsə bəllidir. Qana yığması da asan rəqib deyil. Ən azı komandanın ötən mundialdakı çıxışını xatırlamaq kifayətdir. ABŞ-a gəldikdə isə, 12 il əvvəl Portuqaliya millisi ilk matçda məhz bu komandaya uduzduğuna görə mübarizəni qrup mərhələsində dayandırmışdı. Püşk kimi təqvimi də Portuqaliya millisi üçün əlverişsiz saymaq olar. Çünki portuqallar ilk matçda Almaniya millisi ilə üz-üzə gələcək. İyunun 16-da baş tutacaq bu görüş “Fonte-Nova”da keçiriləcək. İyunun 22-nə nəzərdə tutulan matçda Portuqaliyanın rəqibi ABŞ olacaq. Qrupdakı son oyunu isə Portuqaliya yığması Qanaya qarşı keçirəcək. “Nasional stadium”da keçiriləcək bu oyun 26 iyunda baş tutacaq.
ONLARIN MUNDİALA GEDƏCƏKLƏRİ DƏQİQDİR
Ruy Patrisiu, Betu, Pepe, Bruno Alveş, Luiş Netu, Fabiu Konetrao, Joau Pereyra, Kirakdo Koşta, Migel Velozu, Raul Meyreleş, Joau Mautinyo, Ruben Mikael, Kriştianu Ronaldo, Nani, Danni, Silvestr Varela, Elder Poştiqa və Uqu Almeyda. Bu 18 oyunçunun mundiala gedəcəyinə şübhə yoxdur. İstər DÇ-nin təsnifat mərhələsində bu futbolçuların forma geyməsi, istərsə də onlardan daha ideal seçimin olmaması belə düşünməyə əsas verir. Hazırda baş məşqçi Paulu Bentunun əsas vəzifəsi ən yaxşıları seçmək və bacardıqca Kriştianu Ronaldo üçün ən ideal partnyorları müəyyənləşdirməkdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026





















.jpg)


