27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Xarici futbol

“Lans” öz meydanında qələbəyə həsrət qaldı

Fransa ikinci liqasında 35-ci tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, turun son oyununda Hafiz Məmmədovun sahibi olduğu “Lans” öz meydanında “Anje”ni qəbul edib. Tərəflərin səylərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb - 0:0.

Bununla da “Lans” yenidən ikinci pilləyə qayıtmaq şansını boşa verib. Hazırda 35 turdan sonra aktivində 59 xal olan “Lans” üçüncü pillədə qərarlaşıb.

69 xala malik “Mets” artıq Liqa 1-ə vəsiqəni təmin edib. İkinci pillədə qərarlaşan “Kan”ın da akivində “Lans” kimi 59 xal var. Amma bu komandanın ehtiyatda 1 oyunu mövcuddur. Sona 3 tur qalmış “Lans” dördüncü yerdəki “Nansi”ni 2, 5-ci pillədə qərarlaşan “Niort”u isə 3 xal qabaqlayır. Bu isə o deməkdir ki, son 3 turda “Lans” Liqa 1-ə yüksəlmək üçün məhz bu iki komandayla mübarizə aparmalı olacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31