7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Xarici futbol

Futbolda görünməmiş cəza: 28 oyun

Vyetnam Futbol Federasiyası (VFF) ölkə çempionatında çıxış edən “Sonq Lam Nqhe An” klubunun müdafiəçisi Tran Dinh Sonqa görünməmiş cəza kəsib. Lent.az-ın məlumatına görə, həmin futbolçu 28 matçlıq diskvalifikasiyaya və 1200 dollar cəriməyə məruz qalıb.  
 
Səbəb kimi onun “Hunq Vuonq An Gianq”ın yarımmüdafiəçisi Nquyen Anh Hunqdan topu almaq istərkən, onun ayağını sındırması göstərilib. Eyni zamanda, günahkar şəxs ən azı bir il oynaya bilməyəcək zərərçəkənin bütün tibbi xərclərini ödəməlidir.
 
Qeyd edək ki, VFF ağır cəzanı ölkənin futbol meydanlarında futbolçuların aqressiv davranışlarının baş alıb getməsi ilə əsaslandırıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31