Xarici futbol
Fatih Terim: “Milan” Madriddə istədiyi nəticəni qazanacaq” (Müsahibə)
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim İtaliyanın “La Gazetta dello Sport” qəzetinə müsahibə verib. “İmperator” müsahibəsində sabiq komandası “Milan”dan, “rossenyerlər”in baş məşqçisi Klarens Zeedorfdan, “Yuventus”un “Qalatasaray” uduzması və digər məsələlərdən danışıb. Həmin müsahibəni təqdim edirik:
- “Milan”ın hazırkı durumu azarkeşləri qane etmir. Siz, sabiq komandanızın indiki vəziyyəti barədə hansı fikirdəsiniz?
- “Milan”ın son 2 mövsümdə uğursuz çıxış etməsinin bir çox səbəbi var. Məncə, hər şey Zlatan İbrahimoviç v Tiaqo Silvanın satılmasından sonra başladı. İki aparıcı futbolçunun gedişi komandanın oyununa təsir etməli idi. Bundan qaçmaq qeyri-mümkündür. Amma indi komanda yavaş-yavaş formaya düşür. “Milan”ın əsas üstünlüklərindən biri klub rəhbərliyində Silvio Berluskoni və Adriano Qalliani kimi peşəkarların təmsil olunmasıdır. Həm Berluskoni, həm də Qalliani futbolun bütün incəliklərinə bələddirlər. İnanıram ki, bu ikilinin sayəsində komanda tezliklə əvvəlki günlərinə qayıdacaq.
- Məşqçi kimi təcrübəsi olmayan Klarens Zeedorfun baş məşqçi təyin olunması düzgün qərar idi?
- Bəli, tam düzgün qərar idi. Avropanın digər klubları da bu təcrübədən yararlanıblar və həmin gənc məşqçilərin əksəri yeni sahədə də uğur qazanıb. Bu səbəbdən Zeedorfun “Milan”a uğur qazandıracağına əminəm. Sadəcə olaraq, ona vaxt vermək lazımdır. Zamanla hər şey yoluna düşəcək. Zeedorf səhv etmək haqqına sahib olmalıdır.
- Zeedorf start heyətində 6 hücumameyilli futbolçuya şans verir ki, bu da mətbuat tərəfindən tənqidlə qarşılanır...
- Yalnız 6? (gülür) Mənim ideal şablon sistemimdə hücumameyilli futbolçuların sayı 7 olmalıdır. Bu halda komandanın qol vurmaq şansı çox olur. Zamanında mən də “Milan”da Şevçenko, Rui Koşta, Kontra, İnzagi və Serjinyonu eyni anda meydana buraxdığım üçün sərt şəkildə tənqid olunurdum. Amma əksər hallarda, bu sistem “Milan”a uğur gətirirdi. Mən Zeedorfun taktikasını, gördüyü işləri də dəstəkləyirəm. O, böyük komandanın nə olduğunu, “Real”, “Bavariya”, “Mançester Yunayted” kimi klublarda olduğu kimi “Milan”da da ikinci yerin uğursuzluq hesab olunduğunu çox gözəl bilir. Odur ki, “Milan” meydana çıxdığı hər oyunda qələbə qazanmalıdır. Qələbə üçün ilk növbədə qol vurmaq lazımdır. “Milan”ın məşqçisi cəsarətli olmalıdır.
- Zeedorf futbolçu kimi qazandığı uğurları məşqçi kimi də təkrarlaya biləcək?
- İndidən bu haqda danışmaq çox tezdir. Amma böyük futbolçu karyerasından sonra böyük məşqçi olub-olmayacağını ilk olaraq Zeedorfun özü anlayacaq, biz yox.
- Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Milan” öz meydanında “Atletiko”ya 0:1 hesabı ilə uduzdu. Komandanın 1/4 finala adlamaq şansı nə dərəcədə realdır?
- “Milan” üçün öz meydanı və ya səfər anlayışı yoxdur. Bu səbəbdən də komandanı hesabdan silmək olmaz. Düzdür, evdə uduzmaq kubok oyunlarında arzuolunmaz nəticədir. Amma mən sabiq komandamama inanıram. Düşünürəm ki, “Milan” Madriddə istədiyi nəticəni qazanacaq.Çünki heyətində Kaka kimi böyük futbolçu olan komanda istənilən matçda uğur qazanmağa qadirdi. Ayrıca Taarabt və Polinin də çıxışını çox bəyənirəm. Təbii ki, Madriddə uğur qazanmaq üçün Balotelli də bütün gücünü meydanda qoymalıdır. O, istədiyi oyun sərgiləsə, “Atletiko”nun müdafiəçiləri Marionun qarşısında duruş gətirə bilməzlər.
- Balotellidən söz açdınız. Bəziləri onun komandaya lazımı qədər fayda vermədiyi fikrindədir. Həmin insanlarla razısınız?
- Qətiyyən. Balotelli inanılmaz bir istedaddır. Bu cür istedadlı futbolçulara nadir hallarda rast gəlmək mümkündür. Bu səbəbdən də Marionun qədrini bilmək lazımdır. Hələ çox cavandı. 23 yaşı var. Kənarda baxanda Mario sakit bir insan təsiri bağışlayır. Amma haqqından yazılanları daim oxuyuram və anlayıram ki, bir qədər çətin xarakterə sahib birisidir. Lakin unutmaq lazım deyil ki, hər bir insan - hətta ən qəliz xarakterli insanlar belə yola gəlir. Onun üzünə qapıları bağlamaq lazım deyil. Əksinə, ona dəstək olmaz lazımdır. Kimisə qazanmaq çətin, itirmək isə çox asandır.
- “Yuventus” sabiq klubunuz “Qalatasaray”a uduzdu və nəticədə Çempionlar Liqası ilə vidalaşmaq məcburiyyətində qaldı. Üstündən bir müddət vaxt keçsə də, Turin klubu hələ də İstanbuldakı yenilgiyə görə tənqid edilir...
- “Yuve”nin hələ də tənqid olunmasını normal qarşılayıram. Hala eleştirilerini anlayamıyorum.Turin klubu öz meydanında matçda da qələbə qazana bilməmişdi. Məncə, “Yuventus” Çempionlar Liqasında fərqli komanda kimi görünür və dəyərini itirir. Ən böyük çatışmazlıq isə odur ki, “Yuventus” “Milan”dan fərqli olaraq hər mövsüm avrobkuboklara qalib olmaq üçün qatılmır. Onlar ÇL-dənsə “A” seriyasında çempionluğu qazanmağa üstünlük verirlər. Hesab edirəm ki, ardıcıl 3 mövsüm “A” seriyasını qazandıqdan sonra Buffon və yoldaşları əsas hədəf olaraq Çempionlar Liqasını seçməlidilər. Unutmaq lazım deyil ki, ÇL-i qazanmaq fədakarlıq istəyir.
- Əvəzində “Yuventus” Avroliqada digər Türkiyə təmsilçisi “Trbazonspor”u mübarizədən kənarlaşdırdı və indi 1/8 finalda başqa bir keçmiş klubunuz “Fiorentina” ilə üz-üzə gələcək. Bu cütdə favorit kimdir?
- Əvvəla onu deyim ki, Turində baş tutan matçda hakim kobud səhvə yol verdi və nəticəyə birbaşa təsir etdi. Həmin oyun 1:1 hesabı ilə yekunlaşmalıydı. Amma bunu deməklə “Yuve”nin qələbəsinə kölgə salmaq istəmirəm. Onlar layiqli şəkildə mərhələ adladılar. O ki qaldı “Fiorentina” ilə oyuna, burada favorit göstərmək çətindir. İmkanım olsa, Florensiyada baş tutacaq oyuna canlı olaraq stadiondan tamaşa edəcəyəm.
- Sonda “Yuventus”un çalışdırıcısı Antonio Konte barədə də nə düşündüyünüzü bilmək istərdik.
- Bilirəm ki, bəziləri Konte haqda mənfi fikirlər səsləndirirlər. Amma nəzər almaq lazımdır ki, futbolda məşçi üçün əsas olan nəticədir. Bunu da Konte bacarır. Mənim üçün məşqçi ilk növbədə qazandığı nəticə ilə seçilməlidir. Konte de uğur qazanmağı bacaran məşqçidir.
“Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























