24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

Matviyenko Azərbaycan millisinin məşqçisi təyin olunub

Azərbaycanın bədii üzgüçülük komandasına yeni məşqçi cəlb olunub.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından (ASF) məlumat verilib.

ASF Yekaterina Matviyenko ilə əməkdaşlığa start verdiyini açıqlayıb.

O, bu postda Oksana Pismennanı əvəzləyib.

Son illərdə Krasnodar şəhərində bədii üzgüçülük klubunun baş məşqçisi olmuş Y.Matviyenko təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm. Məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir".

Xatırladaq ki, bədii üzgüçülük üzrə idman ustası olan Y.Matviyenko müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi çalışıb, o cümlədən Misirin olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31