24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatında liderliyi bölüşürlər

Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatında X turun partiyaları baş tutub.

Futbolxeber.az saytının Azərbaycan Şahmat Federasiyasına istinadən verdiyi məlumata görə, hesabat turunda qitə birinciliyinin liderləri arasındakı qarşılaşmada qalib müəyyənləşməyib.

Azərbaycan şahmatçısı Nicat Abasov ispan David Gixarru ilə heç-heçə edib. Digər təmsilçimiz Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini məğlubiyyətə uğradıb. Son ölkə çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya idmançısı Nikita Meşkovsu üstələyib.

10 turdan sonra turnir cədvəlinin ilk beşliyində üç Azərbaycan şahmatçısı qərarlaşıb. Hərəyə 8 xal toplayan N.Abasovla A.Süleymanlı 1-2-ci yerləri bölüşürlər. Eyni xala malik M.Muradlı isə əlavə göstəricilərə görə beşinci pillədədir.

Qeyd edək ki, bu gün keçiriləcək sonuncu turda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya təmsilçisi Daniel Boqdanla üz-üzə gələcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31