24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

Gürcüstanlı nazir: “Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir”

“Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edən ölkədir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Gürcüstanın idman naziri Şalva Qoqoladze Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatı zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bizim Azərbaycanla dostcasına münasibətlərimiz var. Mən Azərbaycana bir neçə rəsmi səfər etmişəm və orada həmkarım Fərid Qayıbovla görüşmüşəm. Ölkələrimiz arasında mövcud olan bu münasibətlər müxtəlif istiqamətlər üzrə, o cümlədən idman sahəsində, keçirilən tədbirlər və yarışlar vasitəsilə davam etdiriləcək”.

Şalva Qoqoladze qeyd edib ki, hər iki ölkə bir-birində təşkil olunan idman yarışlarında fəal iştirak edir: “Gürcüstan olaraq biz Azərbaycanla bağlı bütün yarışlarda iştirak edirik, azərbaycanlı idmançılar da Gürcüstanda keçirilən tədbirlərdə yer alırlar”.

O, ilin sonunda Bakıda keçiriləcək dünya çempionatının yüksək səviyyədə təşkil olunduğuna əminliyini ifadə edib: “Əminəm ki, Azərbaycan bu çempionatı da əvvəlkilər kimi çox yüksək səviyyədə təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar (“Azərtac”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31