25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

Cüdo millimizdən uğurlu nəticə

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi beynəlxalq yarışı 4 medalla tamamlayıb.

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. +100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 3-cü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.

Daha əvvəl Ruslan Paşayev (-66 kq) qızıl, Vüsal Qələndərzadə (-81 kq) gümüş, Ömər Rəcəbli (-81 kq) isə bürünc medala yiyələnmişdi.

Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən Azərbaycan millisi 59 ölkə arasında ümumi hesabda 3-cü, kişilərin yarışında isə 1-ci yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31