25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən və 4 gün davam edən turnirdə 30-dan çox ölkədən idmançılar qüvvələrini sınayıblar.

Yarışda Azərbaycanı kişilərin mübarizəsində Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.

Turnirin ilk iki günü təsnifat mərhələsi, son iki günü isə final çıxışları ilə yadda qalıb. Təsnifat mərhələsinin yekunlarına əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə finala yüksəlməyi bacarıblar.

Final mərhələsində isə Azərbaycan gimnastları medal qazana bilməyiblər. Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31