5 Iyun 2026, Cümə
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Digər idman növləri

Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünün start tarixi dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, qadınların yarışına oktyabrın 14-də “Gəncə” - “Azərreyl” oyunu ilə start veriləcək. Qarşılaşma Gəncə İdman Sarayında təşkil olunacaq.

Turun digər oyunları isə oktyabrın 15-də baş tutacaq. Həmin gün AVF-nin İdman zalında “DH Volley” - “Abşeron”, UNEC-in İdman zalında isə UNEC - “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək.

Birinci turun “Gənclər” - “Murov Az Terminal” oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.

Kişilərin Yüksək Liqasında I tur oktyabrın 16-da başlanacaq. FHN-in İdman zalında “Neftçi” - “Ordu”, “Murov Az Terminal” klubunun İdman zalında isə “Murov Az Terminal” - “Azərreyl” komandaları qarşılaşacaq. Turun “Gənclər” - “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, qadınların yarışında 9 komanda - “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “DH Volley”, “Turan” və “Gənclər” mübarizə aparacaq.

Kişilərin Yüksək Liqasında isə 6 komanda çıxış edəcək - “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər”.

Reqlamentə əsasən, qadınların yarışında hər tur bir komanda istirahət edəcək. İlk turda “Turan” klubu oynamayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30