6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Digər idman növləri

Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb

Bilalhəbaşi Nəzərov Azərbaycanın boks tarixinə düşüb.

Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, millinin 18 yaşlı üzvü bu uğura Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında imza atıb.

O, gənclər arasında 2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub. Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələn Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.

Çexiyadakı Avropa çempionatı qız boksçularımız üçün də əlamətdar olub. Ölkə tarixində ilk dəfə komandamız medal, özü də ikisini birdən qazanıb. İlkin Ağayevin baş məşqçisi olduğu millidə Banuçiçək Nəsirli (48 kq) gümüş, İlkanə Əhmədova (+80 kq) bürünc mükafata yiyələnib.

U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal qazanmaqla 16 illik tilsimi də qırıb. Bu, 13 qitə birinciliyindən sonra reallaşıb.

Qeyd edək ki, yığmamızın digər medallarını Zidan Hümbətov (55 kq) və Sübhan Babayev (60 kq) qazanıblar. Onlar Avropa çempionatında 3-cü yeri tutublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30