14 Sentyabr 2026, Bazar ertəsi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da

Digər idman növləri

III MDB Oyunlarının çövkən yarışlarında bürünc medalın sahibi müəyyənləşib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma keçirilib. Şəki şəhər stadionunda reallaşan matçda Qırğızıstan və Qazaxıstan komandaları qarşılaşıb.

Futbolxeber.az saytının məlumatına görə, oyunun start fitindən əvvəl Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Maraqlı keçən matçda Qırğızıstan komandası 2-0 hesabı ilə qalib gələrək Oyunların bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə çövkən yarışlarını dördüncü pillədə başa vurub.

III MDB Oyunlarında çövkən üzrə yarışın finalında isə Azərbaycan və Özbəkistan komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma oktyabrın 7-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30