7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Digər idman növləri

Azərbaycan III Türk Dövlətləri Universiadasında birinci olub

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi nəticələrə görə ölkələr arasında birinci olub.

Futbolxeber.az saytının məlumatına görə, yarışlarda sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı (Azərbaycan 55 idmançı, Qazaxıstan 91, Qırğızıstan 91, Özbəkistan 91 və Türkiyə 91) mübarizə aparıb.

Ölkəmiz 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb. Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci yer, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci yer, cüdo və şahmatda isə üçüncü yer əldə olunub. Beləliklə, Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq Universiadanın qalibi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31