1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan güləşçiləri Universiadada 8 medal qazanıb

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıb.
 
Futbolxeber.az saytının Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda bu gün daha 6 çəkidə mübarizə baş tutub.
 
Bu gün daha 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüş medala sahib çıxıb.
 
Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurub. Xatırladaq ki, dünən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq) Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb.
 
Qedy edək ki, yekunda Azərbaycanın yunan-Roma güləşi millisi 1-ci, sərbəst güləş yığması isə 2-ci yeri tutublar.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31