1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycanın daha iki boksçusu dünya çempionatında mərhələ adlayıb

Azərbaycanın daha iki boksçusu İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.
 
Futbolxeber.az saytının Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nicat Hüseynov (55 kq) kubalı Rolando Martines Pereslə qarşılaşıb.
 
1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.
 
Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçu Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
 
Hər iki boksçu 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.
 
Qeyd edək ki, daha öncə Sübhan Mamedov (50 kq) və Səidcəmşid Cəfərov (75 kq) da 1/8 finala yüksəlib. Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31