22 Avqust 2026, Şənbə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Digər idman növləri

Gələn il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının iştirakçıları müəyyənləşir

2026-cı ildə Bakıda keçiriləcək çövkən üzrə ikinci dünya çempionatı üçün iştirakçıların müəyyənləşməsi prosesi davam edir.

Futbolxeber.az saytına Azərbaycan Atçılıq Federasiyasından bildirilib ki, Azərbaycan ev sahibi kimi avtomatik siyahıya daxil olub, digər iki Avropa təmsilçisi isə Malta və Polşa olacaq.

Bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq Asiya çövkən çempionatında ilk iki yeri tutan komandalar Bakıya vəsiqə qazanacaqlar. Çempionatda ev sahibi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan komandaları öz bacarıqlarını nümayiş etdirəcək. Yarışlar paytaxtda yerləşən müasir “Universal Horse Stable” atçılıq mərkəzində baş tutacaq.

Qarşıdakı aylarda keçiriləcək Afrika və Cənubi Amerika çempionatlarında da eyni qayda ilə ən yaxşı iki komanda seçiləcək. Beləliklə, ümumilikdə 9 komanda formalaşacaq, daha bir iştirakçı isə Beynəlxalq Federasiyanın xüsusi dəvəti ilə turnirə qatılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31