9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Digər idman növləri

Azərbaycan karateçiləri Tokioda dünya çempionatında iştirak edəcəklər

Azərbaycan idmançıları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Futbolxeber.az saytının məlumatına görə, mayın 31-dən iyunun 1-nə qədər keçiriləcək full kontakt kyokuşin karate üzrə birinci dünya çempionatında Azərbaycanın kyokuşin karate millisinin iki üzvü -Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) mübarizə aparacaqlar.

Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.

Komandaya AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə məsul şəxsi Allahverdi Rüstəmov rəhbərlik edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda Azərbaycanı təmsil edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30