9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Digər idman növləri

Azərbaycan kikboksçuları Latviyada turnirdə iştirak edəcəklər

Azərbaycan kikboksçuları Latviyada keçiriləcək turnirdə iştirak edəcəklər.

Futbolxeber.az saytına Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, Riqa şəhərində təşkil olunacaq WAKO üzrə yarışa 3 idmançımız qatılacaq.

"Latvia Open"də gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərlinin rəhbərliyi altında Rafiq Babazadə (57 kq, K-1), Ayxan Həsənov (81 kq, K-1) və Oqtay İsmayılov (60 kq, K-1) mübarizə aparacaqlar.

Turnirdə WAKO kateqoriyalı hakim, federasiyanın hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov da fəaliyyət göstərəcək. Nümayəndə heyətinə AKF-nin baş katibi İlkin Məsimzadə rəhbərlik edir.

Qeyd edək ki, bu gün startı verilən və aprelin 28-də yekunlaşacaq yarışda qalib gələn idmançılar pul mükafatı ilə təltif olunacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31