3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

“Fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik”

“Fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Azərreyl"in hücumçusu Roman Merkuşov Yüksək Liqanın XV turunda “Murov Az Terminal”la matçdan sonra Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

Voleybolçu sadə vəziyyətdə səhvlər buraxdıqlarını deyib: “İlk növbədə komandamı çətin qələbə münasibətilə təbrik edirəm. Oyun ərzində çoxlu səhvlər etdik. Görüşü ümumi setlərdə 2:0 hesabı ilə davam etdirib bitirə də bilərdik. Amma sadə vəziyyətlərdə etdiyimiz səhvlər qarşılaşmanın uzanmasına səbəb oldu. İstənilən halda yaxşı hazırlıq və rəqibin oyununu əvvəlcədən təhlil etməyimiz, fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində qalib gəldik”.

Qeyd edək ki, "Azərreyl" - "Murov Az Terminal" matçı birincilərin 3:2 (27:25, 24:26, 19:25, 25:21, 15:10) hesablı qələbəsi ilə nəticələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30