2 Iyul 2026, Cümə axşamı
DÇ-2026: 1/8 finalın 5 cütü məlumdur
DÇ: İngiltərə 1/8 finala yüksəldi
“Qarabağ” "Ferentsvaroş"a da uduzdu
“Zirə” Türkiyə klubuna qalib gəldi

Digər idman növləri

Olimpiya çempionu Bakıya gəldi

Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib.

Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.

Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.

Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.

Qeyd edək ki, Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Parisdəki Olimpiadanın finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31