1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Digər idman növləri

Üzgüçülük Federasiyası əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.
 
Futbolxeber.az saytına AÜF-ün mətbuat xidmətindən verilən məlumata görə, idmançıların və məşqçilər heyətinin psixoloji, fiziki və zehni sağlamlığını dəstəkləmək, onların şəxsi və peşəkar inkişafını təşviq etmək məqsədilə ölkənin aparıcı psixoloji və kouçinq mərkəzi olan "İnsun" Yaşam Mərkəzi ilə razılaşma əldə olunub.
 
Sənədə əsasən, federasiyanın tərkibində olan su idman növləri ilə məşğul olan milli komandanın üzvləri bu mərkəzdə davamlı olaraq xüsusi seminar və seanslarda iştirak edəcək, yarışlar öncəsi psixoloji durumlarının daha da yaxşılaşdırılması üçün xüsusi təlimlər keçəcəklər.
 
Əməkdaşlıq memorandumunun imzalanması mərasimində "İnsun" Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova, AÜF-ün vitse-prezidenti Tamerlan Abdullazadə və baş katib Fəxri Həsənov iştirak ediblər. Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31