6 Noyabr 2025, Cümə axşamı
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı

Digər idman növləri

Azərbaycan millisi Mingəçevirdəki təlim-məşq toplanışını başa vurub

Üzgüçülük üzrə Azərbaycan millisi Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vurub.
 
Futbolxeber.az saytına federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 5-dən başlayan təlim-məşq toplanışında 16 üzgüçü və 5 məşqçi iştirak edib.
 
Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq edib. Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov təlim-məşq toplanışının məqsədinin qarşıdan gələn vacib yarışlara hazırlıq olduğunu bildirib:
 
“5-24 noyabrda milli tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30 noyabrda Bakı Su İdmanı Sarayında təşkil olunacaq Azərbaycan Açıq Qış çempionatına və ən əsası 18-23 dekabrda Estoniyanın Tartu şəhərində keçiriləcək Estoniya Açıq Qış çempionatına hazırlıqdır. Milli üzvləri Azərbaycan çempionatına yüklü formada çıxacaqlar. Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər. Toplanışda məqsəd həmçinin üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi. Azərbaycanda təşkil olunan yarışlardan sonra 5-18 dekabrda idmançılarımız Estoniya səfərinə hazırlığa başlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30