1 Iyul 2026, Çərşənbə
Millimizin oyunu Gəncədə
“Neftçi”nin rəqibləri müəyyənləşdi
"Zirə" Türkiyə klubuna uduzdu
Adil Şükürov “Sumqayıt”la anlaşdı

Digər idman növləri

Millimiz dünya çempionatı üçün Cənubi Koreyaya getdi

Azərbaycan taekvondoçuları gənclər arasında keçiriləcək dünya çempionatı üçün Cənubi Koreyanın Çunçeon şəhərinə yollanıblar.

Futbolxeber.az saytının Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda İlyas Hətəmli (45 kq), Məhəmməd Həsənli (48 kq), Harun Salmanzadə (51 kq), Fuad Məhərləmli (55 kq), Ziya Həsənli (59 kq), Vasif Səlimov (63 kq), Yunis Hüseynov (68 kq), Hüseyn Xudiyev (73 kq), Elcan Əliyev (78 kq) və Allahverdi Məmmədova (+78 kq) şans verəcək.

Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə dünya çempionatında Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufər Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Nərgiz Kazımova (63 kq) və Bahar İbrahimovanı (68 kq) sınayacaq.

Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək. 

Dünya çempionatında ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq.

Qeyd edək ki, oktyabrın 1-də start götürəcək yarış altı gün davam edəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31