15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Azərbaycan atıcıları dünya çempionatında iştirak edəcəklər

Azərbaycan atıcıları gənclər arasında dünya çempionatında iştirak edəcəklər.
 
Futbolxeber.az saytının məlumatına görə. mundial sentyabrın 26-dan oktyabrın 7-dək Perunun paytaxtı Limada keçiriləcək.
 
12 gün davam edəcək mötəbər yarışda 51 ölkədən 566 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan turnirdə 7 idmançı ilə təmsil olunacaq.
 
Milli komandamızın üzvləri Leyli Əliyeva, Vladislav Kalmıkov, Hacı Musayev, Zeynəb Sultanova, Sofiya Barxalova və İmran Qarayev 10 metr məsafəyə pnevmatik tapançadan, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atəş açmaq üzrə güclərini sınayacaqlar.
 
Nigar Ramazanova isə 10 metr məsafəyə pnevmatik tüfəngdən, 50 metr məsafəyə üç vəziyyətdə tüfəngdən, həmçinin 50 metr məsafəyə uzanaraq tüfəngdən atəş açma yarışlarında ölkəmizi təmsil edəcək.
 
Qarışıq komanda yarışında Leyli Əliyeva və Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaq üzrə yarışda mübarizə aparacaqlar.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31