15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, sentyabrın 29-da bulvar ərazisində, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.
 
Sentyabrın 28-də saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.
 
Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31