14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Digər idman növləri

Cüdo üzrə Azərbaycan millisinin üç üzvü əməliyyat olunub

Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.
 
Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyev də Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.
 
Gültac Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.
 
Qeyd edək ki, hər üç tatami ustası ölkəni Paris 2024 Yay Olimpiya Oyunlarında təmsil edib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31