15 May 2026, Cümə
XXXII turun hakim təyinatları
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”

Digər idman növləri

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək.
 
Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq.
 
Kişi və qadın idmançılar üç kateqoriya - 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) üzrə yarışacaqlar.
 
Avqustun 24-də açılış mərasimi və sıralama atışları baş tutacaq. Çempionata ayın 25-də yekun vurulacaq.
 
Qeyd edək ki, yarış Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) təşkil ediləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31