Digər idman növləri
AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkadakı Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.
Futbolxeber.az saytına AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, “Təkmilləşmədə sərhədləri aşaq” adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb. İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli "Gücləndirilmiş Oyunlar" (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.
Konfransın əsas istiqamətlərindən biri müasir təhdidlər və onların aradan qaldırılması strategiyalarının müzakirə edildiyi “Antidopinq üçün yeni çağırışlar” sessiyası olub. Həmçinin beynəlxalq antidopinq sisteminə etimad və qadağan olunmuş dərmanlardan istifadə edən idmançıların təcrübələrinin təhlili ilə bağlı dəyirmi masalar təşkil olunub və müzakirələr aparılıb. Dopinqdən asılılığın və onun nəticələrinin öyrənilməsinə, reabilitasiyanın effektiv üsullarının axtarışına xüsusi diqqət yetirilib.
Rüfət Efendiyev “Asılılığın hüdudlarını aşmaq: idman və reabilitasiyanın birləşməsi” mövzusunda məruzə ilə çıxış edərək, narkomaniya da daxil olmaqla, idmanın bərpa prosesinə inteqrasiyası imkanları barədə məlumat verib.
Konfrans çərçivəsində Təhminə Tağı-zadə Danimarka, Niderland və digər ölkələrin antidopinq qurumlarının rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Görüşlərdə müxtəlif ölkələrdə yeni tədqiqat strategiyaları və antidopinq tədbirlərinin effektivliyinin qiymətləndirilməsi müzakirə olunub. Antidopinq sahəsində qabaqcıl təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib. Təhminə Tağı-zadə elmi tədqiqatların idmanda yeni çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Bu görüşlər milli qurumlar arasında daha çox anlaşmaya kömək etməklə yanaşı, daha effektiv şəbəkələşdirilmiş və qlobal antidopinq mexanizmlərinin yaradılmasına yönəlmiş əməkdaşlığın yollarını müəyyənləşdirəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
15.11.2026
14.11.2026
13.11.2026
























