20 Oktyabr 2025, Bazar ertəsi
"Qəbələ"dən hakimlərə etiraz
"Sumqayıt"dan əlamətdar qələbə
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi

Digər idman növləri

Azərbaycanın stolüstü tennisçiləri Fransada təlim-məşq toplanışına qatılacaqlar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışına qatılacaqlar.
 
Futbolxeber.az saytının məlumatına görə, komandamızın üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər.
 
İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı “EUROTALENTS” toplanışında iştirak edəcəklər. Stolüstü tennisçilər toplanışın ardınca, avqustun 23-də Fransanın Şiltiqheym şəhərində startı veriləcək “Euro Mini Champs” yarışında bacarıqlarını göstərəcəklər.
 
Qeyd edək ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə də qatılmışdı.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31