Digər idman növləri
Prezident İlham Əliyev: “Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir”
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev deyib:
- İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.
Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.
Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır.
Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.
Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.
Bir daha sizi ürəkdən təbrik etmək və sizə yeni qələbələr, uğurlar arzulamaq istəyirəm".
***
Olimpiya çempionu, cüdoçu Hidayət Heydərov çıxış edərək deyib:
- Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “Çox sağ ol” demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm.
Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə.
Prezident İlham Əliyev: Sağ ol.
***
Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini dedi.
Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzuladı.
***
Sonra Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim etdilər.
Daha sonra dövlətimizin başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























