31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Paris-2024-də bu gün 4 idmançımız mübarizə aparacaq

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

Sərbəst güləş

Sərbəst güləşçilərimizdən Osman Nurmaqomedov (86 kq) 1/8 finalda Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşcaq.

Güləş yarışları Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Bədii gimnastika

Bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq. Zöhrə əvvəlcə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək, ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.

Yunan-Roma güləşi

Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Həsrətin bürünc medal uğrunda görüşünün saat 20:15-də başlanması nəzərdə tutulub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31