1 Oktyabr 2026, Cümə axşamı
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Xetaq Qazyumov: "Güləşçilərimiz qələbəyə köklənib"

"Güləşçilərimiz qələbəyə köklənib".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesi ilə bağlı danışarkən deyib.
 
Təcrübəli mütəxəssis hazırlıqların plan üzrə getdiyini bildirib: "Hazırlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlim-məşq toplanışıdır. Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, olimpiya oyunlarında ən yaxşı çıxışlarını nümayiş etdirəcəklər. Artıq bir həftə qalıb. Yoxlama görüşləri keçirəcəyik. İnanıram ki, toplanışı zədəsiz başa vuracağıq. Sonra olimpiada bayramı başlayacaq".
 
Qeyd edək ki, Paris-2024-də güləş yarışları avqustun 5-də start götürcək. Yarışlar avqustun 11-də başa çatacaq.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31