15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Azərbaycan taekvondoçusu Paris olimpiadasına Türkiyənin məşhur idmançısı ilə hazırlaşır

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini davam etdirir.
 
Futbolxeber.az saytına Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 58 kq çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.
 
Toplanışa bu dəfə Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.
 
Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq taekvondoçumuzun Paris-2024-də daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan Dağdelenlə sınaq döyüşləri də keçirilir.
 
Qeyd edək ki, Maqomedov Fransa paytaxtına avqustun 2-də saat 07:00-da yollanacaq.
 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30