31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Iki boksçumuz Avropa birinciliyində bürünc medalı təmin edib

Azərbaycan millisinin daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa birinciliyində ən azı bürünc medalı təmin edib.
 
Futbolxeber.az saytına Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın dördüncü günündə Aylin Nəzərova (48 kq) 1/4 finalda Atina Papanikolopu (Yunanıstan) ilə qarşılaşıb.
 
Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Corciya La Rosa ilə üz-üzə gələcək.
 
Əminə Tağı (52 kq) da 1/4 final mərhələsini uğurla başa vurub. Milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti mübarizəsində rumıniyalı Mariya Semeniçiuçla qarşılaşacaq.
 
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.
 
Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31