11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Digər idman növləri

DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında IV turun partiyaları oynanılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova ağ fiqurlarla qazaxıstanlı Liya Kurmanqaliyevaya, Səbinə Rzalı isə qara fiqurlarla hindistanlı Şanmati Srinə qalib gəlib. Ağ fiqurlarla oynayan Ayan Allahverdiyeva ermənistanlı Məryəm Mkrtçyan ilə heç-heçə edib.
 
Bu nəticələrdən sonra N.Abdinova maksimum nəticə ilə vahid lider olub. Aktivində 3,5 xal olan A.Allahverdiyeva 2-10-cu, S.Rzalı isə 2,5 xalla 24-38-ci yerləri bölüşdürür.
 
Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30