9 Fevral 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
"Zirə" "Sumqayıt"a qalib gəldi
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?

Digər idman növləri

Azərbaycan sambo millisi 8 il sonra Avropa çempionatında qızıl medal qazandı

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatını Azərbaycan 3 medalla tamamlayıb.
 
Futbolxeber.az saytının Azərbaycan Sambo Federasiyasına istinadən verdiyi məlumata görə, idmançılarımız 1 qızıl və 2 bürünc medal qzanıb..
 
2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Xatırladaq ki, sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.
 
Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.
 
Qeyd edək ki, yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28