25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə medala həsrət qaldılar

Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə uğursuz çıxış ediblər.

Futbolxeber.az saytının məlumatına görə, mübarizəyə qoşulan 3 idmançıdan heç biri medal qazana bilməyib.

Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) startda türkiyəli rəqiblərinə məğlub olublar. Yusifov 1/16 finalda Salih Yıldıza, Paşayev isə 1/32 finalda Muhammed Dəmirələ yenilib.

Rəşad Yelkiyev (66 kq) cəmi bir mərhələ adlaya bilib. O, Baibol Salamat Uuludan (Qırğızıstan) güclü olsa da, 1/16 finalda Obid Dzebova (Tacikistan) məğlub olub.

Qeyd edək ki, martın 30-da Azərbaycan millisinin heyətində Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31