12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

İddiaçılar Turnirinin püşkü atılıb

Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Nicat Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.
 
28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək.
 
Abasov üçüncü turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, dördüncü turda fransalı Əlireza Firuzca, beşinci turda hindistanlı Dommaracu Qukeş, altıncı turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə görüşəcək.
 
Azərbaycan şahmatçısı ikinci dövrədə, 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.
 
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-i aralığında reallaşacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30