23 Mart 2026, Bazar ertəsi
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Digər idman növləri

Azərbaycan voleybol millilərinin rəhbəri Gəncə və Tovuzda seminar keçirib

Voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan millilərinin rəhbəri Şahin Çatma Gəncə və Tovuzda yerli məşqçilərə seminar keçib.
 
Futbolxeber.az saytının Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin bölgədə regional voleybol klublarında “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi təşkil olunub.
 
Nəzəri və təcrübi hissələrdən ibarət olan seminarın keçirilməsində əsas məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.
 
Qeyd edək ki, AVF fevralda Sumqayıt və Naxçıvanda da düşərgə və seminarlar təşkil edəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31