16 Yanvar 2026, Cümə
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu
"Zirə" "Oleksandriya"ya uduzdu
“Qarabağ” “Osiyek”ə qalib gəldi

Digər idman növləri

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 üzvü finala yüksəlib, 3-ü bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşi 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib.

Avropa çempionumuz ardıcıl ikinci dəfə qitə birinciliyində finala yüksəlib. N.Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. O, finala gedən yolda Rafiq Əmirxanovu (Rusiya) məğlub edib - 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Yarımfinalda rəqiblərinə uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc mükafatına yiyələniblər.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31