3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

92 milyon dollara alınan klub minimum 800 milyon dollara satılacaq

Milli Hokkey Liqasında (NHL) mübarizə aparan “Ottava Senators” klubunun satışı tezliklə reallaşacaq.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, artıq mümkün satışın detalları da məlumdur.

İnsayder Kris Conston bildirib ki, satışın yekun məbləği 800 milyon dollardan çox olacaq.

Daha öncə NHL-in komissiya agenti Qəri Bettmen bildirmişdi ki, “Ottava Senators”un minimum 15 mümkün alıcısı var. Kluba sahib olmaq istəyənlər arasında tanınmış aktyor Rayan Reynolds da var. O, digər investorlarla birgə kluba yiyələnmək arzusundadır.

Qeyd edək ki, 2003-cü ildə “Ottava Senators”u səhmlərinə sahib çıxan Yudjin Melnik ötən il vəfat edib. O, Kanada klubu üçün 92 milyon dollar ödəmişdi. Melnikin vəfatından sonra kluba sahiblik onun qızları Anne və Oliviyaya keçib. Onlar isə bir müddət əvvəl klubu satışa çıxarıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30