26 Iyul 2026, Bazar günü
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
"Qarabağ" ÇSKA ilə heç-heçə etdi

Digər idman növləri

Karateçilərimiz Avropa çempionatında 6 medal qazandı

Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində keçirilmiş Yeniyetmə və Gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür.

Aysu Əliyeva (59 kq) 16-17 yaşlı qız, Fərid Savadov (55 kq) oğlanlar, Əminağa Quliyev isə (60 kq) 21 yaşadək gənclər arasında Avropa çempionu olub. Gülay Orucova 14-15 yaşlı yeniyetmələrin mübarizəsində gümüş, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib çıxıb.

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən verib. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırılma mərasimində iştirak edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31