17 May 2026, Bazar günü
Kaxaber Sxadadzedən qələbə şərhi
XXXII turun hakim təyinatları
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan gimnastları Misirdə gümüş medal qazanıb

Azərbaycan gimnastları beynəlxalq turnirlərdə medallar qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, aerobika gimnastikası üzrə yığma komandanın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Misirin Qahirə şəhərindəki “Egyptian Pharaohs cup”da çıxış edib.

Onlar qarışıq cütlüklərin mübarizəsində gümüş medala sahib olub.

Bədii gimnastika üzrə yığma komandanın üzvləri isə Finlandiya Gimnastika Federasiyasının dəvəti ilə onlayn turnirə qatılıb.

Ölkəni Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası, fərdi proqramda isə Arzu Cəlilova ilə Nərminə Səmədova təmsil edib.

Qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri çıxışlarına görə gümüş medala yiyələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31