3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Digər idman növləri

FİDE-nin yeni reytinqi: Məmmədyarov və Rəcəbov ilk “10-luq”da

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci pillədə qərarlaşıb.

2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

Nicat Abbasov 2668 xalla bir pillə irəliləyərək, 70-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2665 xalla 74-cü sıradakı yerini qoruyub. Rauf Məmmədovla (2654) Arkadi Naydiçin (2649) mövqeyində də dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 92 və 100-cü pillələrdə qərarlaşıblar olub.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.

Qadınlardan 2443 xalı olan Günay Məmmədzadə 31-ci sıradadır. 2382 xala malik Gülnar Məmmədova 2 pillə irəliləyərək 79-cu pilləyə yüksəlib. 2376 xalı olan Xanım Balacayeva isə 90-cı sıradakı mövqeyini qoruyub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30