3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Digər idman növləri

Taysonun döyüşü heç-heçə yekunlaşdı

ABŞ-ın Kaliforniya ştatındakı Karson şəhərində əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 8 raundluq qarşıdurma heç-heçə ilə yekunlaşıb. Bu, görüş bitdikdən sonra açıqlanıb. Onlar WBC Frontline Battle kəmərinə layiq görülüb.

Hər iki boksçu heç-heçə qərarından narazı qalıb. Qələbənin ona getməli olduğuna inanan Tayson mübarizənin sonunda qalmaqalla rinqi tərk esib. Bundan sonra o, elan olunan nəticə ilə qətiyyən razılaşmadığını bildirib.

Xatırladaq ki, döyüş xüsusi qaydalara əsasən aparılıb - hər biri iki dəqiqəlik səkkiz raunddan ibarət olub. Tayson 2005-ci ildən, Jones 2018-ci ildən bəri ilk dəfə rinqə çıxıb.

51 yaşlı Cons əvvəlki 75 görüşündən 66 qələbə, 9 məğlubiyyətlə ayrılıb. 53 yaşlı Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30