Digər idman növləri
Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
Martda Almaniyada təşkil olunacaq şahmat tacına İddiaçılar Turnirində ölkəmizi təmsil edəcək Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov mötəbər yarışa hazırlıqla bağlı suallara cavab verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Martın 10-da Berlində şahmat tacına İddiaçıların Turnirinə start veriləcək. Mötəbər yarışa necə hazırlaşırsan?
- Veyk-An-Zee superturnirində iştirakla bağlı hazırlığa gec başladım. Bununla belə məşqlər plan üzrə davam edir. İddiaçılar Turnirinə hazırlıqdan razıyam. Berlindən əvvəl Rusiyada bir yarışda iştirak edəcəm. Martın ilk günlərində Moskvada Mixail Talın xatirə turniri olacaq. İddiaçılar Turnirində iştirak edən əksər rəqiblər Moskvada da çıxış edəcək. Rusiya paytaxında rapid, blits üzrə mübarizə olacaq.
- İddiaçılar Turnirinə hazırlıq dövründə hansı şahmatçı və ya məşqçilərlə işləyirsən?
- Komanda üzvlərimi açıqlamaq istəməzdim. Mötəbər yarış ərəfəsində adətən bütün şahmatçılar komanda üzvlərini geniş ictimaiyyətə açıqlamır. Əsas məqsəd İddiaçılar Turnirində layiqli çıxış etməkdir.
- Bu sizin İddiaçılar Turnirində üçüncü çıxışınız olacaq. Demək olar ki, Məmmədyarov belə turnirlərdə kifayət qədər təcrübəyə malikdir...
- Təcrübə baxımdan problem olmalı deyil. İlk dəfə İddiaçılar Turnirində çıxış edəndə tam fərqli idim. İndi Berlində tamam başqa Şəhriyar olacaq. Məqsədim Berlində uğur qazanmaqdır. 2017-ci il mənim üçün unudulmaz qələbələrlə yadda qaldı. 2018-ci ildə də hamını sevindirmək istəyirəm.
- Artıq püşk atılıb. İddiaçılar Turnirində ilk rəqibin Sergey Karyakin olacaq. Son turda isə Vladimir Kramniklə qarşılaşacaqsan. Püşkü necə dəyərləndirirsən?
- Əvvəldə ya sonda bütün şahmatçılar bir-biriylə qarşılaşacaq. Ona görə o qədər fərq etmir. Sözsüz Karyakinlə başlamağım maraqlı olacaq. İddiaçılar Turnirinin son qalibidir. Sergey dünyanın güclü şahmatçıların biridir. Onunla dostluq münasibətlərim var. Üstəlik bildiyiniz kimi, çempionluq matçında Maqnus Karlsenə qarşı hazırlıq dönəmində Karyakinin komandasında olmuşam. Sergeyə kömək etmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Sadəcə Berlində hamı qələbə uğrunda yarışacaq. FİDE püşkü bilərəkdən 1 ay əvvəldən keçirir. Bütün şahmatçılar rəqiblərini tanıyır. Hər bir şahmatçı həmkarına açıq mübarizə aparacağını bildirir. Çünki Berlində hamı yarışın qalibi olmağa çalışacaq. Güzəştdən söhbət ola bilməz. Sergeylə dostluğumuz var, amma hər ikimiz açıq mübarizə aparacayıq. Berlində bir-birimizə rəqib olacayıq.
- Berlində keçiriləcək İddiaçılar Turnirində hansı şahmatçıdan çəkinirsən?
- Çəkindiyim şahmatçı Berlində olmayacaq. Söhbət Maqnus Karlsendən gedir.
- Amma sən onunla ilin sonunda qarşılaşmaq üçün əla fürsət qazanmısan...
- İddiaçılar Turnirində məqsədim qalib olmaqdır. Bu yarışı udmaqla dünya çempionu Maqnus Karlsenlə matç oynamaq istəyirəm.
- Mötəbər yarış ərəfəsində yəqin istirahətə vaxt olmur. Bütün diqqətin Berlindədir...
- Düz qeyd etdiniz. Bütün diqqətim Berlindəki yarışdadır. Ona görə hətta ailə üzvlərimlə az görüşürəm. Dostlarla demək olar ki, ünsiyyətimiz yoxdur. Gün ərzində ancaq məşqlərlə bağlı danışırıq. Ona görə hamının məni başa düşəcəyinə inanıram. Fürsətdən istifadə edərək İddiaçılar Turniri ərəfəsində mənə dəstək olan hər bir kəsə, dostlarıma eləcə də media nümayəndələrinə təşəkkür edirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























